AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ TƏMSİL OLUNACAQDIR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev başda olmaqla, nazirliyin nümayəndə heyəti noyabrın 8-də Londonda başlanacaq “World Travel market” 25-ci beynəlxalq turizm sərgisinin açılış mərasimində iştirak edəcəkdir. Nazirliyin Baş Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan ekspozisiyasının sahəsi 50 kvadratmetrdir. Ölkəmizi sərgidə nazirliklə yanaşı, STI Travel, İmprotex Travel turizm şirkətləri və “Azərbaycan Hava Yolları” Dövlət Konserni təmsil edəcəkdir. Sərgi noyabrın 11-də başa çatacaqdır.