Azərbaycan boksçuları Millətlər kubokunda mübarizəyə başlayır
Bakı, 16 yanvar, AZƏRTAC
Bu gün Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 6 gün davam edəcək beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığmanın məşqçisi İlkin Ağayevin rəhbərliyi altında Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram), Şəhla Allahverdiyeva (66 kiloqram) və Aynur Rzayeva (81 kiloqram) böyüklərin yarışında mübarizə aparacaq.
Banuçiçək Nəsirli (46 kiloqram) yeniyetmələr, Aynur Mikayılova (54 kiloqram) və Emili Rzayeva (63 kiloqram) isə gənclər arasında qüvvəsini sınayacaq.
Yarışda Azərbaycanı Məsməxanım Səlimova hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Millətlər kubokuna 10 ölkədən 102 boksçu qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]