Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir




Bakı, 14 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq əlaqələr və iqtisadiyyat, Hüquq fakültələrinin tələbələrinin qatıldığı beynəlxalq seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Çinin Renmin Universitetinin Chongyang Maliyyə Tədqiqatları İnstitutunun dekanı, professor Vang Ven “Dünyada baş verən müasir dəyişikliklərə ÇXR-in yeni baxışı və ÇXR – Azərbaycan gələcək əməkdaşlığı” mövzusunda məruzə edib.
Professor Vang Ven Çinin hazırkı inkişaf səviyyəsi, ölkəsində həyata keçirilən islahatlar, müasir dünyada baş verən dəyişikliklər fonunda Çinin yeni geosiyasi, geostrateji və sosial-iqtisadi yanaşması haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanla strateji xarakter daşıyan və fərqli sahələri əhatə edən çoxtərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Hazırda Azərbaycan-Çin əlaqələri siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə genişlənməkdədir.
Tsinxua Universitetinin Şvarçman Kollecinin dekanı professor Pan Qingzhong tələbələri ölkəsinin ali təhsil sistemi haqqında tələbələri məlumatlandırıb. O, tələbələrə Çinin inkişaf tarixindən bəhs edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:54]
BDU Bolqarıstanın Cənub-Qərb Universiteti ilə əməkdaşlıq edəcək
- 25.04.2025 [16:43]
NDU-da akademik Zərifə Əliyevaya həsr olunan elmi-praktik konfrans keçirilib
- 25.04.2025 [16:29]
BDU-da Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi qeyd olunub
- 25.04.2025 [15:59]
Sudanlı tələbə: Arzuladığım təhsili BMU-da ala bilirəm
- 25.04.2025 [15:34]