Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan cüdoçusu Əhməd Yusifov Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə ispaniyalı üçqat qitə çempionu Fransisko Qarriqosu məğlub edib. Bu, yığmanın hazırkı turnirdə ilk medalı olub.
Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Turan Bayramov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Könül Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]