Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər
Bakı, 25 iyun, AZƏRTAC
25 iyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dənizçilər tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.
Sonra Şəhidlər Xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Ölkəmizdə 25 iyun tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dənizçi Günü peşə bayramı təsis olunub. Hazırda Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdən kənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]