AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN MƏLUMATI
Xəzər Dəniz Gəmiçiliyinə məxsus, Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən “Merkuri-2” gəmi-bərəsi oktyabrın 22-də saat 10.30 radələrində qəzaya uğramışdır. Qəza nəticəsində gəmi batmışdır.
Gəmidə 43 nəfər heyət üzvü, 8 nəfər sərnişin, 16 sistern xam neft olmuşdur. Qəza Bakı şəhərindən təxminən 130 kilometr məsafədə baş vermişdir.
Qəza haqqında məlumat daxil olan kimi, təcili xilasetmə işləri təşkil olunmuşdur. Hazırda çətin hava şəraitində xilasetmə işlərinə 5 gəmi və 5 vertolyot cəlb edilmişdir. Xilasetmə işlərinin nəticələri və görülmüş tədbirlər haqqında əlavə məlumat veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]