“AZƏRBAYCAN DÖVLƏTİNİN MİLLİ SİYASƏTİ VƏ HEYDƏR ƏLİYEV” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Universitetin 2004-2005-ci tədris ilinin seminarları çərçivəsində keçirilən tədbirdə rektor Erol Oral Azərbaycan təhsilinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərindən
danışmışdır. Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov məruzə ilə çıxış edərək Azərbaycan dövlətinin milli siyasətinin formalaşmasında və bu siyasətin düzgün istiqamətləndirilməsində xalqımızın müdrik oğlu, ümummilli liderimiz Heydər Əliyevin tarixi rolundan danışmışdır.
Milli məsələnin çox həssaslıq tələb edən bir problem olduğunu bildirən natiq, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bu məsələnin çox uğurlu həllini tapdığını konkret fakt və dəlillərlə diqqətə çatdırmışdır.
Həmin siyasətin bu gün də uğurla davam etdirildiyi vurğulanmış, hazırda respublikamızda milli və dini zəmində heç bir problemin olmadığı, insan hüquq və azadlığının tam təmin edildiyi bildirilmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.