AZƏRBAYCAN DRES-DƏ 6-CI BLOK TƏMİRDƏN SONRA İŞƏ SALINMIŞDIR
Ölkənin ən böyük enerji istehsalçısı olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının 6-cı blokunda təmir-sazlama işləri cədvəldən tez başa çatdırılaraq tam gücü ilə respublikanın enerji sisteminə qoşulmuşdur.
Azərbaycan DRES-dən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu blokun işə salınması sayəsində stansiyada gündəlik enerji hasilatının həcmi 40 milyon kilovat\saata qalxmışdır. Blok təmirə dayanan müddətdə həmin rəqəm 31-34 milyon kilovat\saat idi.
Stansiyada 4-cü blokun əsaslı təmiri də başa çatmaq üzrədir. Energetiklər istehsalın həcmini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etməyə çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]