Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dünyanın maraq dairəsindədir ŞƏRH

Azərbaycan dünyanın maraq dairəsindədir  ŞƏRH

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri bir qayda olaraq kifayət qədər geniş və məhsuldar gündəliyi ilə diqqət çəkir. Bu baxımdan dövlətimizin başçısının Nyu-Yorka işgüzar səfəri də istisna deyil. Səfər çərçivəsində Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşü baş tutub. Bu görüşlərdə aktual müzakirələr aparılıb və dövlətimizin başçısı ölkəmizin müsbət reallıqlarını diqqətə çatdırıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Vacib bir məqama xüsusi diqqət çəkən deputat bildirib ki, bəhs olunan görüşlərin qarşı tərəfin istəyi əsasında baş tutması təsadüfi deyil. O vurğulayıb ki, dövlətimizin başçısı daim qlobal çağırışlar qarşısında beynəlxalq həmrəylik təşəbbüslərindən çıxış edir. Bu da ona praqmatik, müasir baxışlara malik Lider kimi böyük nüfuz qazandırıb. Məhz buna görə də xarici ölkələrə səfərlər zamanı ayrı-ayrı dövlətlərin və beynəlxalq təsisatların, məşhur şirkətlərin rəhbərləri Azərbaycan Prezidenti ilə görüşüb müzakirələr aparmağa böyük maraq göstərirlər.

Deputatın qənaətinə görə, burada digər bir vacib məqam Azərbaycanın nümunəvi inkişaf modelinə malik olması, ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti ilə bağlıdır. Son 20 ildən artıq müddətdə respublikamızda Prezident İlham Əliyevin imzaladığı çoxsaylı sənədlər əsasında ardıcıl islahatlar aparılıb, bütün ölkə boyunca tarazlı inkişafa nail olunub, özəl sektorun fəaliyyəti üçün optimal mühit yaradılıb.

Samir Vəliyev vurğulayıb ki, bu gün Azərbaycanda iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub. “Hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumları sırasında yer alır. Onlar kifayət qədər böyük büdcəyə malikdirlər və dünyanın ayrı-ayrı ölkələrində davamlı fəaliyyətlər həyata keçirirlər. Açıq deyək ki, bu şirkətlərlə əməkdaşlıq etmək arzusunda olan dövlətlərin sayı da kifayət qədər çoxdur. Ancaq həmin şirkətlər öz nüfuzlarını qorumaq və təbii ki, qazanc əldə etmək üçün seçim edirlər. Hər üç şirkətin rəhbər şəxslərinin Azərbaycan Prezidenti ilə görüşmək istəklərini ifadə etmələri və baş tutan görüşlərdən məmnun qalmaları ondan xəbər verir ki, dünyanın aparıcı şirkətləri seçimlərini məhz respublikamızla edirlər. Onlar öz seçimlərində heç vaxt yanılmırlar. Azərbaycan beynəlxalq əməkdaşlıqda bir qayda olaraq ədalətli yanaşmalar ortaya qoyur. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə ölkəmizin qətiyyətli mövqeyini ifadə edərək bildirib ki, tərəfdaşlıq qarşılıqlı maraqlara əsaslanmalıdır və bütün tərəflər bundan fayda götürməlidir”, - deyə deputat vurğulayıb.

O, beynəlxalq səviyyəli şirkətlərin ölkəmizə marağını şərtləndirən başqa bir məqama da diqqət çəkərək deyib: “Bu, Azərbaycanın əlverişli investisiya mühitinə malik olması reallığıdır. Xatırlayaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan xarici investorlar üçün cəlbedici deyildi, beynəlxalq səviyyədə ölkəmizə inam hədsiz dərəcədə zəif idi. İndi isə mənzərə tamam fərqlidir. İldən-ilə artan müsbət reallıqlar, hüquqi bazanın möhkəmləndirilməsi, investisiyaların qorunmasına yüksək təminatlar verilməsi, əlverişli coğrafiya, yaradılan müasir infrastruktur, şəffaflığın yüksək səviyyədə təmin olunması xarici sərmayədarların ölkəmizə marağını artıran faktorlar qismində çıxış edir.

Bu kimi amillərə görə, 2004-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına 344,4 milyard dollar həcmində investisiya yönəldilib ki, bunun da təxminən yarısı xarici mənbələrdən gələn investisiyalardır. Müstəqilliyimizin ilk illərində xarici investisiyalar əsasən Azərbaycanın neft sənayesinə yönəldilirdi. “Əsrin müqaviləsi” bu yolda uğurlu bir başlanğıc oldu. Sonrakı mərhələdə isə Azərbaycan neft gəlirlərindən istifadə etməklə qeyri-neft sektorunun inkişafını hədəflədi. Bu məqsədlə geniş əhatə dairəsinə malik olan tədbirlər görüldü, təşviq işi aparıldı, özəl sahibkarlıq subyektlərinə hərtərəfli dövlət dəstəyi göstərildi. Dövlət qayğısının nəticəsi olaraq özəl sektor, o cümlədən də qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən birinə çevrilib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2004-2024-cü illər ərzində milli iqtisadiyyatımıza qoyulan sərmayələrin əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir”.

S.Vəliyev indiki mərhələdə Azərbaycanın texnoloji inkişafa xüsusi önəm verdiyinə də diqqət çəkib: “Müasir inkişaf yolu tutan Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Son illərdə Azərbaycanda xarici investorlar üçün yeni fəaliyyət istiqamətləri açılıb. Bərpaolunan enerji sektoru buna misaldır. Xəzər sahillərində, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə zəngin bərpaolunan enerji potensialı var. Azərbaycan dost ölkələrin şirkətləri ilə bu potensialdan səmərəli şəkildə istifadə etmək niyyətindədir. Artıq prosesə start verilib. Xarici şirkətlərlə imzalanan müqavilələr çərçivəsində bəzi layihələrin icrası tamamlanıb”.

Deputat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövründə böyükhəcmli quruculuq-abadlıq işləri həyata keçirilir. Həmin ərazilərin iqtisadi potensialı çox yüksəkdir və dost ölkələrin şirkətləri də burada investisiya fəaliyyətlərini genişləndirə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib