SİYASƏT
“Azərbaycan evi” Parisdə keçirilən forumda ölkəmizi layiqincə təmsil etmişdir
Paris, 7 sentyabr (AZƏRTAC). Parisin Xyl rayonunun bələdiyyə idarəsində Cəmiyyətlər Forumu keçirilmişdir.
Azərbaycanın Fransadakı səfirliyinin və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” forumda ölkəmizi layiqincə təmsil etmişdir.
Tədbir iştirakçılarına və qonaqlara zəngin milli mətbəximizin şirniyyat nümunələri təqdim olunmuşdur. Fransa Milli Assambleyasının deputatı, rayonun meri Klod Goaskan ləziz Azərbaycan şirniyyatlarına görə “Azərbaycan evi”nin nümayəndələrinə minnətdarlığını bildirmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Merə əl işlərindən ibarət hədiyyələr verilmişdir.
Forum iştirakçıları ölkəmizə böyük maraq göstərmiş, Azərbaycan haqqında geniş məlumat əldə etmişlər. Tədbir, həmçinin “Azərbaycan evi”nə yerli təşkilatlarla tanışlıq və əməkdaşlıq imkanları yaratmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris