AZƏRBAYCAN FUTBOLÇULARI SƏFƏRDƏ İLK XALI QAZANDILAR
Futbol üzrə Avropa çempionatının 9-cu seçmə qrupunda mübarizə aparan Azərbaycan yığma komandası səfərdə Serbiya-Çernoqoriya idmançıları ilə görüşmüşdür. Oyunun 33-cü dəqiqəsində Predraq Miyatoviç on bir metrlik cərimə zərbəsi ilə meydan sahiblərini irəli çıxarmışdır. İkinci hissənin əvvəlində hesab 2:0 olsa da, Azərbaycan futbolçuları hər iki qolun əvəzini çıxa bilmişlər. Heç-heçə hesabı ilə başa çatan görüşdə hər iki qolu Samir Əliyevin ötürməsi ilə hücumçu Qurban Qurbanov rəqib qapısından keçirmişdir. Beləliklə, yığma komandamız qrupda ilk xalını qazanmışdır.
Milli komandamızın qrupda növbəti oyunu martın 29-da səfərdə Uels komandası ilə keçiriləcəkdir. Xatırladaq ki, Uels futbolçuları 9 xalla qrupda yarış cədvəlinə başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]