Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda uğurlu çıxışını davam etdirir
Bakı, 21 aprel, AZƏRTAC
Gimnastımız Zöhrə Ağamirova paytaxtımızda keçirilən dünya kuboku yarışlarında topla proqramını icra edib.
AZƏRTAC xəbər verir ki, gimnastımızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 32 xalla qiymətləndirilib.
Hazırda idmançımız təsnifat mərhələsinə liderlik edir.
Azərbaycanın digər gimnastı Alina Gözəlova təsnifat mərhələsində üçüncü pillədə yer alıb.
Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq yeddinci dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.