Azərbaycan gimnastları “Miss Valentina” yarışında çıxış edəcəklər
Tallinn, 12 fevral, AZƏRTAC
Fevralın 12-dən 14-dək Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə ənənəvi “Miss Valentina” yarışı keçirilir. Yarışda 37 ölkədən 1200 iştirakçının çıxış edəcəyi gözlənilir.
Tədbirin əsas təşkilatçısı Yaanika Mölder qeyd edib ki, Tartu dünyanın, o cümlədən Azərbaycanın ən güclü gimnastlarını qəbul edir. Senyorkalar arasında Jalə Piriyeva, yuniyorkalar arasında Darya Farşbafşəhriyari və Zöhrə Əmirova çıxış edəcək. Komandada kiçik yuniyorkalar Arzu Cəlilova və Nərminə Səmədova da təmsil olunub. Yevgeniya Jidkova turnirin hakimlər heyətinə daxil edilib.
“Miss Valentina” yeni mövsümdə idmançıların çoxu, o cümlədən Estoniya komandası üçün birinci böyük turnirdir. Tartuda Estoniyanın ən güclü gimnastlarının - Olqa və Viktoriya Boqdanova bacılarının, Yanika Vartlanın və yerli tamaşaçıların sevimlisi Karmel Kallemaanın (Yaanika Mölderin qızı) çıxışları gözlənilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]