Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİNİN BAŞ DİREKTORU CAHANGİR ƏSGƏROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Əziz naxçıvanlılar!

Hörmətli xanımlar və cənablar!

Qədim Naxçıvan torpağında sizi böyük məmnunluq hissi ilə salamlayıram. İcazənizlə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illik yubileyi, qarşıdan gələn 28 May - Respublika günü və Naxçıvan beynəlxalq hava limanının açılışı münasibətilə hamınızı ürəkdən təbrik edirəm.

Möhtərəm cənab Prezident!

İlk öncə, mülki aviasiya işçilərimizin dərin minnətdarlığını və xoş arzularını Sizə çatdırmağı özümə borc bilirəm. Çünki ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında imzaladığınız 2004-cü il 10 mart tarixli Fərman aviatorlarımızın ürəyincə olmuşdur. Bu gün beynəlxalq aeroporta Heydər Əliyevin adının verilməsindən çox haqlı olaraq qürur duyuruq.

Əziz mərasim iştirakçıları!

İki gün öncə ümummilli liderimiz, Azərbaycanın böyük oğlu Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünü qeyd etmişik. Hələ də bu tarixi günün – ulu öndərimizin doğum gününün xoş duyğularını yaşayırıq. Bu gün isə Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulmuş Naxçıvan hava limanının açılış mərasiminə toplaşmışıq. Çox xoşbəxt adamlarıq ki, bu gün Heydər Əliyevin doğulduğu qədim diyarda, Naxçıvandayıq. Əlbəttə, mayın 12-i Naxçıvan beynəlxalq hava limanının istifadəyə verildiyi gün kimi tarixdə qalacaqdır.

Təqribən iki il əvvəl Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dediyi sözlər onun arzusunu bir daha açıq-aşkar əks etdirir. Ümummilli liderimiz demişdir: “Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan hava limanını yenidən quraq, yəni, yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır. Bunları nəzərə alaraq, mən belə bir qərara gəldim”.

Sevinirik ki, onun dediyi bu sözlər artıq həqiqətə çevrilmiş, bütünlüklə yenidən qurulmuş Naxçıvan hava limanı öz qapılarını dünyaya açmışdır.

Bu gün həm Naxçıvanda, həm də bütün Azərbaycanda bayramdır. Aviatorlarımız isə ikiqat bayram keçirirlər. Bildiyiniz kimi, Naxçıvan hava limanı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və şəxsi göstərişi ilə yenidən qurulmuşdur. Onun şəxsi nüfuzu, ardıcıl nəzarəti və tələbkarlığı nəticəsində qısa bir zamanda Naxçıvan hava limanında yenidənqurma işləri başa çatdırılmışdır. Biz bu gün bir daha dərindən dərk edirik ki, mülki aviasiyamızın infrastrukturunun dəyişilməsində Heydər Əliyevin xidmətləri olduqca müstəsna əhəmiyyətə malikdir.

Böyük öndərimizin işıqlı ideyaları, həyatı və şərəfli ömür yolu mülki aviasiyamızın tarixində yaşayır və bizim bütün uğurlarımızda həmişə davam edəcəkdir. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də daim ürəklərdə yaşayacaqdır.

Hamımız yaxşı bilirik ki, mülki aviasiyamızda baş vermiş bütün quruculuq işləri, dirçəliş və tərəqqi üçün, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Xüsusilə, Bakı beynəlxalq aerovağzal kompleksi şəxsən Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilmişdir. Bu kompleksin isə böyük bir tarixi vardır və onu heç vaxt unutmaq olmaz.

Bildiyiniz kimi, aerovağzal kompleksinin təməlini 1981-ci ildə Heydər Əliyev qoymuşdur. Çox təəssüf ki, sonrakı dövrdə tikinti yubanmışdır. Azərbaycan Respublikasına başçılıq edə bilməməsi ucbatından burada heç bir iş görülməmiş, tikinti tamamilə dayandırılmışdı. Yalnız Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra kompleksin tikintisinin başa çatdırılması barədə qərar vermişdir.

Əziz mərasim iştirakçıları!

Beş il əvvəl Bakıda aerovağzal kompleksinin açılış mərasimində Heydər Əliyevin iştirakını indi də xoş duyğularla xatırlayırıq. Ulu öndərimizin həmin mərasimdə dediyi sözlər bu gün üçün daha da aktual səslənir və böyük əhəmiyyət daşıyır. O demişdir: “Bu aerovağzal kompleksinin istifadəyə verilməsi sayəsində Azərbaycanın dünya ilə əlaqələri daha da sürətlənəcək. Mən əminəm ki, aerovağzal kompleksi bu qədər gözəl olduğu kimi, o qədər gözəl istismar olunacaqdır. Biz Azərbaycan Mülki Aviasiyasına, “Azal” Konserninə böyük qiymətə malik, hamımız üçün sevimli olan bir bina – aerovağzal kompleksi təqdim edirik. Onların vəzifəsi bundan səmərəli istifadə etmək, onu göz bəbəyi kimi qorumaqdan ibarətdir”.

Ümummilli liderimizin 1999-cu il sentyabrın 30-da aerovağzal kompleksinin açılışı mərasimində dediyi bu sözlər indi hər bir mülki aviasiya işçisi üçün əməli fəaliyyət proqramıdır. Bu fəaliyyət proqramı artıq gündəlik vəzifəmizə çevrilmişdir.

Əziz naxçıvanlılar, sizin də vəzifəniz ondan ibarətdir ki, ulu öndərimizin dediyi kimi, Naxçıvan beynəlxalq hava limanından səmərəli istifadə edəsiniz, onu göz bəbəyi kimi qoruyasınız. Çünki bu hava limanı gələcək nəsillərə ümummilli liderimiz Heydər Əliyevdən qiymətli yadigardır.

Möhtərəm cənab Prezident!

Fürsətdən istifadə edib, mülki aviasiya işçilərinin bir arzusunu Sizə çatdırmağı özümə borc bilirəm. Biz təklif edirik ki, hər il Heydər Əliyevin doğum günü ümumxalq bayramı kimi qeyd olunsun.

Əziz mərasim iştirakçıları!

Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan mülki aviasiyası bu gün daha da inkişaf yolundadır və onun siyasi varisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzindədir. Prezidentimizin bu gün muxtar respublikaya gəlməsi və Naxçıvan beynəlxalq hava limanının açılış mərasimində iştirak etməsi onun mülki aviasiyamıza qayğısını bir daha sübut edir. Bu isə bizə böyük ümidlər verir.

Hörmətli mərasim iştirakçıları!

Mülki aviasiyamızın bugünkü tərəqqisi Heydər Əliyevin möhkəm iradəsinin, dərin zəkasının və müdrik siyasətinin qələbəsidir. Bu siyasəti müstəqilliyimizin on üçüncü ildönümündə ölkəmizin Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, yeni Azərbaycanı daha yüksək zirvələrə inamla aparır. Elə buna görə də biz çox haqlı olaraq, böyük iftixar hissi keçiririk. Çünki bizim cənab İlham Əliyev kimi güclü, ədalətli, mərhəmətli Prezidentimiz vardır.

Yeri gəlmişkən, demək istəyirəm ki, bu gün Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin tərəqqisi yolunda ardıcıl tədbirlər həyata keçirir. Regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramı buna ən yaxşı sübutdur. Bu proqramın həyata keçirilməsinə kömək göstərmək bizim də əsas vəzifəmizdir.

Möhtərəm cənab Prezident, Sizə məruzə etmək istəyirəm ki, Naxçıvan beynəlxalq hava limanının yenidən qurulması layihəsi nəticəsində burada 200-dən çox yeni iş yeri açmışıq. Ümidvarıq ki, muxtar respublikanın əhalisi bu hava limanının bəhrəsini daha çox görəcəkdir. Bu isə Dövlət proqramının yerinə yetirilməsinə, az da olsa, bizim ilkin töhfəmizdir.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi, Naxçıvan hava limanının yenidən qurulması layihəsinin ümumi dəyəri 193,5 milyard manatdır. Bu vəsaitin 115 milyard manatı dövlət büdcəsindən ayrılmışdır. 63,5 milyard manatı isə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin daxili imkanları hesabına ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan hava limanına beynəlxalq status verilmişdir. Bu status Naxçıvandan dünyanın istənilən ölkəsinə uçuşlar yerinə yetirməyə imkan yaradır.

Hörmətli cənab Prezident!

Çox işlər görülmüş, böyük inşaat proqramı yerinə yetirilmişdir. Bu gün Naxçıvan beynəlxalq hava limanı tanınmaz hala gəlmişdir. Əlbəttə, bu çox sevindiricidir. Ona görə də, icazənizlə, bu layihənin həyata keçirilməsində əməyi olan bütün mütəxəssislərə, qonşu Türkiyə inşaatçılarına, “Eren port” şirkətinə, Azərbaycan tərəfindən olan tikinti işçilərinə və inşaatda iştirak etmiş bütün insanlara minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Cənab Prezident, biz təhlükəsiz uçuşlar yerinə yetirməklə müstəqil Azərbaycanın tərəqqisi yolunda var gücümüzlə çalışacağıq. Yeri gəlmişkən, bəyan edirəm ki, biz, aviatorlar Azərbaycanın Prezidenti kimi Sizi dəstəkləyir və ətrafınızda sıx birləşirik. Bu fürsətdən istifadə edib, mülki aviasiyamıza qayğı göstərdiyinizə görə, “Azərbaycan Hava Yolları” Dövlət Konserninin 8 minlik kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Respublika günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, yeni, müstəqil Azərbaycanın tərəqqisi naminə böyük uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb – QRAFİK

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2 VİDEO

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2 VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb VİDEO

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı