Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan icması Fransa Senatına təqdim olunan qətnamə layihəsinə kəskin etirazını bildirib

Azərbaycan icması Fransa Senatına təqdim olunan qətnamə layihəsinə kəskin etirazını bildirib

Bakı, 12 noyabr, AZƏRTAC

Fransada yaşayan Azərbaycan icması Fransa Senatının 6 üzvünün Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsini sərt şəkildə pisləyib.

Diasporla iş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, icmamızın Fransa Senatına və ictimaiyyətinə ünvanladığı müraciətdə bildirilib ki, Fransa azərbaycanlıları bu qətnamə layihəsini qətiyyətlə rədd edirlər.

Qeyd edilib ki, layihədə Azərbaycan icmasının tarixi Vətəninə qarşı yer alan əsassız ittihamları Fransa azərbaycanlıları öz ünvanlarına söylənmiş ittihamlar kimi qəbul edirlər. Qətnamə layihəsi Cənubi Qafqaz regionundakı vəziyyətə tamamilə qərəzli və birtərəfli baxışdır. Qətnamə layihəsində qarşı tərəf - milyonlarla azərbaycanlı, onların verdikləri qurbanlar, ağrılı, kədərli və yaxınlarını itirmə hissləri tamamilə nəzərə alınmayıb və bu layihədə bizə yalnız təcavüzkar rolu ayrılıb. Bu cür qərəzli münasibət, bir millətə üstünlük vermək, digərinə ayrı-seçkiliklə yanaşmaq və kor-koranə pisləmək - bu, milli dözümsüzlüyün, irqçiliyin ictimai təzahürüdür.

Soydaşlarımız vurğulayıblar ki, Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olmalıdır, çünki məhz belə addım Fransanın maraqlarına uyğun ola və regionun davamlı inkişafına töhfə verə bilər.

Müraciətdə qətnamə layihəsinin 20-ci və 21-ci bəndlərinin, ümumiyyətlə, yolverilməz və qəbuledilməz olduğuna diqqət cəlb edilib. Azərbaycan icması Fransa Senatından qətnamənin bu bəndlərinin qərəzli yazılması ilə bağlı fikirlərinin nəzərə alınmasını xahiş edib. Bildirilib ki, Azərbaycanın ünvanına 20-ci bəndə “köçkünlərin (ermənilərin) qayıtmaq hüququnu”, “erməni mədəni və dini irsinin qorunub saxlanmasını təmin etməlidir” tələbləri, 21-ci bənddə isə “kütləvi cinayətlər” törətmə ittihamı yer alıb. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsində bu ittihamın araşdırılmasına çağırış edilib.

Nəzərə çatdırılıb ki, 2020-ci ilin oktyabrında məhz Ermənistan ölkəmizə qarşı kütləvi cinayətlər törədib. Ermənistan silahlı qüvvələri ən böyük şəhərlərimizdən biri olan Gəncəni 5 dəfə raket atəşinə tutub. Həmin payızda Azərbaycanda 80-dən çox yaşayış məntəqəsi bombalanıb. İki il əvvəl soydaşlarımız hücumun qurbanı olublar. 50-si uşaq olmaqla 454 nəfər yaralanıb. 27 qadın və 12 uşaq olmaqla 93 nəfər həlak olub.

İcmamız senatorları Gəncə cinayəti barədə düşünməyə dəvət edib: “Söhbət təkcə rəqəmlərdən getmir. Bunlar bədənləri parça-parça olmuş və ya dağılmış binaların dağıntıları altında həlak olan kiçik uşaqlardır. Məsələn, Narın Xalıqova cəmi 10 aylıq idi, Mədinə Şahnəzərlinin 1 yaşı vardı, Məryəm Xəlillinin cəmi 6 yaşı var idi. Hamısı ermənilərin Gəncəni bombardman etməsi zamanı həlak olublar. Bu adlar yaddaşımıza həkk olunub!”. Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə, məsum uşaqları öldürməsinə Fransanın səssiz qalması hiddətlə pislənilib: “...sivil Fransa bu uşaqların öldürülməsini görməməyi üstün tutdu. Son iki ildə Fransa Senatının heç bir üzvü bu böyük cinayətə görə məsuliyyət daşıyanların araşdırılması və cəzalandırılması ilə bağlı hər hansı qınaq və çağırış etmədi”.

Soydaşlarımız, həmçinin senatorlara ritorik sual ünvanlayıblar: “Gecələr beşiklərində parça-parça olan, şikəst edilən azərbaycanlı uşaqlar Senat üzvlərinin diqqətinə layiq deyilmi?”

Senatorlara xatırladılıb ki, BMT Baş Assambleyasının 23 mart 1994-cü il tarixli qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Özü də azərbaycanlılar beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan ərazilərdən qovulublar. BMT Baş Assambleyasının qətnaməsində hətta “qaçqınlar və köçkünlər çətin vəziyyətdədir, qida çatışmazlığı və xəstəlik riski altındadır” qeydinin yazıldığı vurğulanıb.

6 senatorun qətnamə layihəsində “Azərbaycandan olan qaçqın və məcburi köçkünlərə” səmərəli dəstək göstərmək üçün bütün dövlətlərə müraciətin olduğuna diqqəti cəlb edən soydaşlarımız 30 il ərzində Fransa Senatının heç vaxt azərbaycanlı qaçqın və köçkünlərin geri qaytarılma hüququnu tələb edən qətnaməyə baxmadığını yada salıblar. “Siz Qarabağı tərk etmiş sayca qat-qat az olan ermənilərdən fərqli olaraq, azərbaycanlı qaçqınları bu hüquqdan məhrum edirsiniz?”, - deyə haqlı sual verilib.

Sənəddə Senatın 30 il işğal altında olan Azərbaycanın suveren ərazilərində erməni tərəfinin Azərbaycanın mədəni və dini irsinin qorunub saxlanması ilə bağlı öhdəlikləri barədə heç vaxt belə bəyanatlarla çıxış etmədiyi də vurğulanıb: “Vətənimizin rəhbərləri bu məsələdə beynəlxalq ictimaiyyətə meydan oxudular. Lakin Senat 30 ildir ölü sükut nümayiş etdirir. Təkcə Şuşa şəhərində 215 tarix və mədəniyyət abidəsi zədələnib, bütün işğal olunmuş ərazilərdə 67 məsciddən yalnız 4-ü qismən salamat qalıb. Fransa Senatının üzvləri Azərbaycan tarixinin, mədəniyyətinin, dininin Qafqazın digər xalqlarınkından daha az dəyərli olduğunu düşünürlərmi?”

İcmamız Fransanın Azərbaycana qarşı qərəzinin nədən qaynaqlandığını soruşub: “Bu cür açıq ayrı-seçkiliyin səbəbi nədir? Hamıya məlumdur ki, Fransada dünyada ən böyük erməni diasporlarından biri yaşayır. Amma seçici çəkisi olan Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb”.

Soydaşlarımız qətnamə layihəsinin müəlliflərini bölgədə gərginliyi artırmaq cəhdlərində ittiham ediblər. Bu mövqelərini qətnamə layihəsi müəlliflərinin sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya çağırmaq əvəzinə, Fransa dövlətini Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə, yəni onu müasir Fransa silahları ilə təchiz etməyə çağırışı ilə izah ediblər. Bu cür siyasətçilərin toqquşmaların davam etməsinə görə məsuliyyətin yalnız Azərbaycanın üzərinə düşdüyü iddiasını absurd hesab ediblər.

İcmamız birmənalı şəkildə bəyan edib ki, bəzi siyasətçilərin irqçi baxışı və şəxsi ambisiyaları, eləcə də bəzi erməni əsilli fransızların köhnə inciklikləri Cənubi Qafqazda gələcək eskalasiya üçün ilkin şərtlər yaradır.

Fransa azərbaycanlıları həmin qüvvələrdən qərəzli ittihamlarla, sanksiyalarla danışıqlar prosesinə mane olmamağı tələb ediblər: “Bu cür hərəkətlər, şübhəsiz ki, sülh səylərinə kömək etmir”.

Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senata ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası