AZƏRBAYCAN İDMAN JURNALİSTLƏRİ ASSOSİASİYASI 2007-Cİ İLİN LAUREATLARINI ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) kütləvi informasiya vasitələrinin redaksiyaları, televiziya tamaşaçıları, radio dinləyiciləri və idman azarkeşləri arasında hər il keçirdiyi ənənəvi rəy sorğusunun nəticələrini elan etmişdir.
Kütləvi informasiya vasitələri arasında 2007-ci ilin idman laureatlarını müəyyən etmək üçün keçirilən sorğuda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) əməkdaşı İlqar Cəfərov “İlin fotomüxbiri” nominasiyasında qalib elan olunmuşdur.
Bundan əlavə idman, ictimai siyasi qəzetlər, jurnallar, televiziya və radiolar, müxbirlər arasında da laureatların adları elan edilmişdir.
AİJA jurnalistlərlə yanaşı idmançıları da qiymətləndirmişdir.
“İlin idmançısı” nominasiyası üzrə Aliyə Qarayeva (bədii gimnastika), Fərid Mansurov (yunan-Roma güləşi), Elnur Məmmədli (cüdo) və Təvəkkül Bayramov (taekvondo) fərqlənmişlər. “İlin komandası” nominasiyasında isə qadınlardan ibarət bədii gimnastika üzrə Azəbrbaycan yığması qalib seçilmişdir.
Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov “İlin məşqçisi”, Niftalı Quliyev (boks) “İlin idman hakimi”, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubundan tanıdığımız Bəhram Bağırzadə “İlin idman azarkeşi” elan olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]