AZƏRBAYCAN İDMANÇILARI 2007-Cİ İLDƏ 452 MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 26-da gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında demişdir: Azərbaycan idmançıları 2007-ci ildə 452 medal qazanmışlar.
Nazir vurğulamışdır ki, əgər ötən il Azərbaycan idmançıları 287 medala layiq görülmüşdülərsə, bu il olimpiya və qeyri-olimpiya növlərində idmançılarımız 452 medal qazanmışlar ki, onların 166-sı qızıl, 117-si gümüş, 169-u bürünc medallardır.
Bakıda 36 beynəlxalq səviyyəli yarış, Avropa və dünya çempionatları keçirilmişdir.
Bu il respublikamızda 87 idman növü üzrə keçirilən 247 yarışa 50 mindən çox idmançı qatılmışdır.
Azərbaycan idmançıları 274 beynəlxalq yarışda, o cümlədən 93 dünya və 99 Avropa çempionatında iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]