Azərbaycan idmançıları “Bodrum Kış Trofesi” yarışlarında iştirak ediblər
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) “Optimist” və “Laser” sinfi üzrə komandalarının üzvləri “Bodrum Kış Trofesi” yarışlarında iştirak ediblər.
AYİF-dən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Yelkən Federasiyasının təşkil etdiyi yarışda idmançılar dörd gün boyunca orta hesabla 5 saat dənizdə qalaraq yarışıblar.
Yarışda 17 ayrı yelkən klubundan və 3 ölkədən idmançılar iştirak ediblər.