AZƏRBAYCAN İDMANÇILARI OLİMPİYA OYUNLARINA DAHA 4 LİSENZİYA OAZANMIŞLAR
Azərbaycan idmançıları boks və cüdo üzrə lisenziyalı turnirlərdə Olimpiadaya daha 4 vəsiqə qazanmışlar. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Plovdivdə keçirilən boks üzrə beynəlxalq turnirdə 60 kq çəki dərəcəsində çıxış edən Rövşən Hüseynov yarışların finalına çıxmış, bununla da 2004-cü il Olimpiya oyunlarında iştirak etmək hüququ qazanmışdır. Varşavada keçirilən turnirdə Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərov (81 kq) və Şahin İmranov da builki Olimpiadaya lisenziya qazana bilmişlər.
İdmanın digər növündə - cüdo üzrə yarışlarda 100 kq çəki dərəcəsində çıxış edən Mövlud Mirəliyev də milli yığmamıza lisenziya gətirmişdir. O, Tbilisidə keçirilən builki sonuncu lisenziyalı turnirdə kifayət qədər xal toplamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]