AZƏRBAYCAN İDMANÇISI BÜRÜNC MEDAL ALMIŞDIR
Daşkənddə sərbəst və yunan-Roma güləşi üzrə Özbəkistanın müstəqilliyi kuboku uğrunda keçirilən turnir başa çatmışdır.
AZƏRTAC-ın müxbiri Özbəkistandan xəbər verir ki, Azərbaycan, Almaniya, ABŞ, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, Qırğızıstan, Koreya, Qətər və başqa ölkələrdən gəlmiş idmançılar üç gün ərzində paytaxtın möhtəşəm “Yunusabad” idman kompleksində öz güclərini sınamışlar.
Azərbaycanlı güləşçi Fərid Mansurov yunan-Roma güləşi üzrə 66 kiloqram çəki dərəcəsində bürünc medal almışdır.
Yarışlarda Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov, səfirliyimizin əməkdaşları, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]