Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tbilisi, 3 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri, eləcə də bir sıra vacib sahələrdə əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Görüşdə Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq sazişinin imzalanması və hərbi təhsil sahəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq strukturlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb. İrakli Qaribaşvili azərbaycanlı həmkarının Tbilisiyə səfər edəcəyinə ümidvar olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]