Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlər özünün qızıl dövrünü yaşayır – Şərh

Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlər özünün qızıl dövrünü yaşayır –  Şərh

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan ilə Özbəkistan eyni kök, eyni dil və din bağlılığına baxmayaraq, dövlətlərimiz arasında diplomatik münasibətlər nisbətən gec - 1995-ci il oktyabrın 2-də yaradılıb. 1996-cı ildə Azərbaycanın Daşkənddə, iki il sonra isə Özbəkistanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Münasibətlərin bu qədər ləng inkişafının kökündə isə 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız fəaliyyəti olub. Bakı bütün müstəvilərdə bizə qardaş olan Özbəkistanla münasibətləri yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bərpa etməyə nail olub və bu gün Prezident İlham Əliyevin iqtidarı dövründə münasibətlərimiz özünün qızıl dövrünü yaşayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Deputat bildirib ki, Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi qardaşlığımızın, dostluğumuzun, o cümlədən Özbəkistan rəhbərinin özünün şəxsən ölkəmizə, xalqımıza münasibətinizin göstəricisi olmaqla bərabər həm də ötən dövr ərzində əlaqələrimizin ən yüksək səviyyəyə yüksəlməsinin mühüm göstəricisidir.

“Özbəkistan Prezidentinin cari səfəri hər iki dövlət üçün səbirsizliklə gözlənilən siyasi hadisə idi. Bildiyiniz kimi, hələ bu il iyulun 24-də Prezident İlham Əliyevin Prezident Mirziyoyevə ad günü münasibətilə zəng edərkən məhz bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə etmişdi. İlk növbədə, bu səfər ötən il müəyyən edilmiş hədəflərin icrasının səmərəliliyini təhlil etmək, habelə yeni qlobal düzəndə yeni prioritetlər, birgə hərəkət planları müəyyən edilməsi üçün mühüm imkan oldu.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin ötən il iyulun 21-də Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanıb. Dövlətimizin başçısının mətbuat üçün birgə bəyanatda ifadə etdiyi kimi, “bu Saziş mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir”. Bu çərçivədə münasibətlərin həqiqətən strateji səviyyəyə çatması üçün geniş spektrli prioritetlər və birgə fəaliyyət proqramları müəyyən edilib”, - deyən B.Məhərrəmov vurğulayıb ki, təqribən bir il bir ay sonra Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsinə Azərbaycanla Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanması ötən dövr ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətimizdə hədəflərin uğurla reallaşdırıldığını əyani şəkildə sübut edir. Özbəkistan Prezidentinin ifadə etdiyi kimi, “bu müqavilə ən yüksək etimad səviyyəsi və razılığa gəldiyimiz həmin strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır”. Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilə, eyni zamanda, Prezident İlham Əliyevin də dediyi kimi, “ölkələrimiz arasında gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir”.

Aydındır ki, Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı çox spektrlidir və siyasi səviyyədən iqtisadi, sosial, humanitar sahələrə qədər çoxşaxəli istiqamətləri əhatə edir.

İlk növbədə, Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlər, əvvəldə də qeyd edildiyi kimi, özünün qızıl dövrünü yaşayır, ölkələrimiz istisnasız olaraq bütün platformalarda vahid mövqedən çıxış etməkdədir. Şavkat Mirziyoyev ilk dövlət səfərini niyə məhz Azərbaycana etməsinin səbəbini göstərərkən ifadə etdiyi kimi, “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir, biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik”.

Heç şübhəsiz, münasibətlərin cari səviyyəsində ali qonağın özünün də vurğuladığı kimi, liderlərin şəxsi əlaqələrinin müstəsna rolu var - “şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib”.

Milli Məclisin deputatı, həmçinin qeyd edib: “Məlumdur ki, Özbəkistan 30 il ərzində Ermənistanla münasibətlərində Azərbaycanın ərazi bütövlüyü və işğal amilini rəhbər tutub. Vətən müharibəsində Zəfərimizdən sonra Azərbaycan Prezidenti və xalqını ilk təbrik edən beynəlxalq subyektlərdən biri məhz Özbəkistan olub. Rəsmi Daşkənd Azərbaycanın haqq işinə inanıb və Özbəkistan Prezidentinin bu gün Füzuliyə səfəri çərçivəsində doğma yurduna qayıtmış, yeni evlərə köçürülmüş keçmiş məcburi köçkünlərlə görüşdə ifadə etdiyi kimi, Qələbənin təməlində məhz Prezident İlham Əliyevin ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylər dayanır.

Qardaş dövlətin Prezidentinin bu mövqeyinin kökündə bir tərəfdən bizə olan inam dayanırsa, digər tərəfdən Özbəkistanın özünün də erməni cinayətlərindən zaman-zaman dəhşətlər yaşaması ilə bağlıdır. Özbək xalqı 1918-ci ildə ermənilərin Fərqanədə törətdiyi cinayətləri, 1980-ci illərdə Qdlyan komissiyasının cinayətlərini və bu cinayətlərin qurbanlarını unutmayıb. Bu mənada cənab Mirziyoyev Azərbaycan xalqını çox gözəl anlayır və haqq işimizdə yanımızda olmağı həm qardaşlıq borcu, həm də bəşəri ideallara xidmət hesab edir.

Bildiyiniz kimi, rəsmi Daşkənd özünün siyasi-mənəvi dəstəyini ifadə etmək məqsədilə quruculuq-bərpa prosesinə dəstək olaraq Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb inşa edib və bu gün həmin təhsil ocağının açılışı münasibətlərimizə yeni səhifə kimi həkk edildi. Azərbaycan Prezidentinin dediyi kimi, “bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”.

Təbii ki, cari səfər humanitar sahədə münasibətlərimizin dərinləşməsinə də ciddi təsir edəcək. Ortaq kökümüz, dilimiz, habelə tarixi bağlarımız mədəni-humanitar əlaqələr üçün ciddi bazisdir və daha da yaxınlaşmağımız üçün imkandır. Özbəkistan Prezidentinin vurğuladığı kimi, “bir müddət keçəcək bizə tərcüməçi lazım olmayacaq və ya burada iki dildə danışmağa ehtiyac qalmayacaq”.

Əlbəttə, bu ritorika həm də Türk dünyası tarixində çoxdan arzulanan bir mərhələyə qədəm qoyduğumuzu göstərir. Türk adını, türk birliyi məfhumunu səmərəsiz formada istismar edənlərdən fərqli olaraq məhz cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın türk dünyası, türkdilli dövlətlərlə, Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin dərinləşməsi, Türk Dövlətləri Təşkilatının çox uğurlu və təsirli bir platformaya çevrilməsinin nəticəsidir ki, bu gün Azərbaycan və Özbəkistan artıq tarixin heç bir dövründə olmadığı qədər yaxınlaşıb”.

Siyasi münasibətlərin iqtisadi təməllərə dayandıqda daha möhkəm olduğunu söyləyən Bəhruz Məhərrəmov əlavə edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrə gəlincə, statistikaya əsasən, göstəricilər ilk dövrlərlə münasibətdə azı altı dəfə artsa da, ötən il Daşkənd görüşü zamanı Prezidentlər “məcmu halda iqtisadi əlaqələrimizin bizim münasibətlərimizə, imkanlarımıza uyğun gəlmədiyini” bildirmişdilər. Məhz Daşkənd görüşündə liderlər Azərbaycan-Özbəkistan qarşılıqlı münasibətlərini genişləndirməyi və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmağı vəzifə olaraq hökumətlərin üzərinə vəzifə olaraq qoymuşdu. Liderlərin Bakı Zirvə görüşündə müşahidə olunan ritorika deməyə əsas verir ki, artıq uğurlu nəticələr mövcuddur və artıq iqtisadi əlaqələri bir üst səviyyəyə daşıya bilərik. Artıq ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəldilməsi imkanları mövcuddur, energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlıq ciddi formada dərinləşib. Nəticə etibarı ilə Prezident İlham Əliyevin təbirincə desək, “biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik".

Azərbaycanın Vətən müharibəsindən sonra yaratdığı yeni reallıq, habelə qlobal ziddiyyətlərin dərinləşməsi ilə Azərbaycanın regionda artan, xüsusən Prezident İlham Əliyevin zamanında uzaqgörənliklə reallaşdırdığı kommunikasiya layihələrinə daha çox zərurətin meydana çıxması fonunda, ölkəmizin qlobal nəqliyyat kommunikasiya habına çevrilməsi isə Özbəkistanla münasibətlərimiz üçün əlavə potensial meydana çıxarmaqdadır. Təbii ki, bu potensial dəyərləndirilməkdədir, çünki hədəflər böyük, məsuliyyət isə ağır və şərəflidir. Liderlərin Bakıdan bəyan etdiyi kimi, “deyilən hər sözün, hər bir istiqamətin arxasında xalqlarımız dayanır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək