Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq inkişaf edir
Bakı, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak edən Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri Mahammad İrfan Burneyi ilə görüşüb. Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaq səfərdən məmnun qaldığını bildirərək Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]
Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə məşqlərin gedişatını izləyib VİDEO
- 24.09.2026 [18:58]
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib
- 24.09.2026 [15:48]