Azərbaycan ilk dəfə IMEX Beynəlxalq işgüzar turizm sərgisində təmsil olunacaqdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 20-dən 22-dək Frankfurtda keçiriləcək IMEX Beynəlxalq işgüzar turizm sərgisində ölkəmiz ilk dəfə təmsil olunacaqdır.
AZƏRTAC xəbər verir ki, hər il bu sərgi beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və turizm sektorunda xidmətlərin göstərilməsində maraqlı olan yüzlərlə mütəxəssisləri bir araya gətirir. Ötən il sərgidə 157 ölkədən 3 mindən çox şirkət iştirak etmişdir.
Ekspozisiyada ölkəmiz milli turizm bazarında fəaliyyət göstərən və Azərbaycanın Konqres Bürosunun tərəfdaşları olan turizm sektorunun nümayəndələrini bir yerdə cəmləşdirən stend vasitəsi ilə təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]