Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan kimi tolerant ölkədə səfir işləmək çox xoşdur VİDEO

Azərbaycan kimi tolerant ölkədə səfir işləmək çox xoşdur VİDEO

Bakı, 18 iyun (AZƏRTAC). Azərbaycan kimi tolerant ölkədə səfir işləmək çox xoşdur.

Bu sözləri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz AZƏRTAC-a məxsusi müsahibəsində söyləmişdir.

- Cənab səfir, Azərbaycan-İsrail münasibətləri son illərdə uğurla inkişaf edir. Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın İsrail ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkənizdə diplomatik fəaliyyətdə olduğum müddətdə bu inkişafın şahidiyəm. Dünyada böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini müasir dünyanın norma və standartlarına uğurla uyğunlaşdırır. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, yüksək innovativ texnologiyaların tətbiqi və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən ölkələrimiz arasında əlaqələrin gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcəyinə inanıram. Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Prezidenti Şimon Peres və Baş nazir Benyamin Netanyahu ilə Davosda keçirilən İqtisadi Forum çərçivəsində görüşü əlaqələrimizin yüksək səviyyədə olmasına bariz nümunədir. Biz hazırda ticarət və enerji sahələrində əlaqələrimizin daha da dərinləşməsinə çalışırıq. Bu, bizim üçün çox vacib strateji əhəmiyyətə malikdir. Bu yaxınlarda tərəflər diplomatik və xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi üzrə mühüm saziş imzalamışlar. Bu, Azərbaycan ilə İsrail arasında xüsusi münasibətlərin olduğunu bir daha göstərir.

- Regionda həyata keçirilən irimiqyaslı layihələr barədə nə deyə bilərsiniz?

- Mən əvvəlcə Azərbaycanı “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsi münasibətilə təbrik edirəm. “Cənub” qaz dəhlizi olduqca əhəmiyyətli layihədir. Azərbaycan, eyni zamanda, İsraili neftlə təmin edir. Hazırda İsraildə bir neçə neft və qaz yataqları tapılmışdır. Bu, bizim üçün yeni sahədir və İsrail Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. İqtisadi münasibətlər, siyasi əməkdaşlıqla paralel olaraq daha da genişlənir. Azərbaycanın İsraildə yüksək nüfuzu vardır. İsrailə gələn Azərbaycan turistlərinin sayı da durmadan artır. İqtisadiyyat sahəsində nailiyyətlərimizdən biri İsrail-Azərbaycan Ticarət Palatasının yaradılmasıdır. Ölkənizin qeyri-neft sektoru güclənməkdədir. Azərbaycanın iqtisadiyyatının parlaq gələcəyi vardır. Azərbaycan bizim neft idxal etdiyimiz əhəmiyyətli ölkədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti “Cənub” dəhlizinin işə düşməsi ilə daha da artacaqdır.

- Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir çox xalqların nümayəndələri, həmçinin 30 mindən çox yəhudi əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanın tolerantlıq modeli barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Mən bir çox ölkələrdə diplomatik səfərlərdə oluram. Mən hələ Azərbaycan kimi tolerant ölkə görməmişəm. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Azərbaycanda təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir. İsraildə də Azərbaycan icması vardır. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etmişdir və burada qürurla yaşamaqdadır. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir. Hər iki ölkə arasında strateji körpü mövcuddur. Belə bir tolerant ölkədə diplomatik fəaliyyətdə olmaq çox xoşdur.

İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıda səfərdə olarkən özünü evindəki kimi hiss etdiyini xüsusi qeyd etmişdir.

- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, gələcək üçün vacib amildir. Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək zəngin neft və qaz yataqlarına malikdir. Avropanın enerji marşrutlarının şaxələndirilməsinə ehtiyacı vardır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycana enerji resurslarını Avropaya ixrac etməyə imkanlar açmaqla yanaşı, regionun davamlı inkişafına da şərait yaradır. Bununla Azərbaycan regionda iqtisadiyyatın daha da inkişaf etdirilməsinə nail olacaqdır.

Azərbaycan yalnız Avropaya deyil, artıq Asiyaya da enerji ixracını həyata keçirir. Ölkənizdə istehsal olunan karbohidrogen ehtiyatları həm Avropaya, həm də Asiyaya ötürülür. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və strateji baxımdan bu, mühüm əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. Düşünürəm ki, İsrailin iş adamlarının ölkənizdə yaradılmış əlverişli biznes mühitinə daha geniş cəlb olunması hər iki tərəf üçün faydalı ola bilər.

- Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Münaqişə artıq 20 ildən artıqdır ki, davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.

- Bu, bir həqiqətdir ki, minlərlə insan münaqişədən əziyyət çəkir. Yaxın zamanlarda iki qaçqın düşərgəsini ziyarət etmişəm. Bu məni çox təsirləndirdi. Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Biz, eyni zamanda, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və problemin həlli istiqamətində danışıqlara cəlb olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar. Əsas məqsəd regionda sülh və sabitliyin təmin olunmasıdır.

- Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlığın gündəliyində hansı əsas məsələlər vardır? Siz təcrübəli bir diplomat kimi hansı istiqamətin inkişafına üstünlük verəcəksiniz?

- Biz Azərbaycan ilə gələcəkdə də enerji, İKT, kənd təsərrüfatı, su texnologiyaları, turizm sahələrində əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Gündəlikdə bu sahələrdə sazişlərin imzalanması vardır. Azərbaycanın bu kimi addımları alqışlanmalıdır. Bu yaxınlarda 100-dən artıq gənc azərbaycanlı İsrailin turizm sahəsindəki təcrübəsini öyrənmək üçün 6 aylıq kurslarda iştirak etmişdir. Ölkənizdə turizmin inkişafı üçün əlverişli potensial vardır.  

Azərbaycan kimi tolerant ölkədə səfir işləmək çox xoşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah bəzi yerlərdə yağış yağacaq

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə yaxın qohumlarını axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ