Azərbaycan klublarına maliyyə meyarlarına ediləcək dəyişikliklər barədə məlumat verilib
Bakı, 22 aprel, AZƏRTAC
AFFA-da Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2024-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.