Azərbaycan Konqreslər Bürosu İCCA-ya üzv olmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasına (İCCA) üzv olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İCCA-nın məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir.
Hazırda təşkilatın üzvləri sırasına dünyanın 88 ölkəsində fəaliyyət göstərən 950-dən çox beynəlxalq MİCE (biznes turizm) bazarı təmsilçisi daxildir.
İCCA ənənəvi olaraq öz üzvləri üçün kurslar təşkil edir. Azərbaycan Konqreslər Bürosunun üzvləri qurumun cari ilin iyulunda Amsterdamda keçiriləcək təlimində iştirak edəcəklər. Təlim satış, marketinq və İCCA tədqiqat sahələri kimi mövzuları əhatə edəcəkdir.
Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası kimi nüfuzlu təşkilata üzv olmaqla Azərbaycan Konqreslər Bürosu öz fəaliyyətini genişləndirəcək və ölkəmizin turizm potensiyalının təbliğində daha böyük addımlar atacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]