Azərbaycan Konqreslər Bürosu yeni ildə ilk təlimini təşkil edib
Bakı, 10 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) 2016-cı ildə də öz tərəfdaşları üçün təlimlər təşkil etməkdə davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyada əvəzolunmaz görüşlər məkanına çevirmək olan AKB bu il üçün nəzərdə tutulan təlimlərdən birincisini keçirib.
Büronun icraçı direktoru Florian Sengstschmidin başçılığı ilə keçirilən təlimdə AKB üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak edib. Əsas mövzusu “Müvəffəqiyyətli biznes təklifin hazırlaması” olan təlimdə biznes təkliflərin əhəmiyyəti, planlaşdırılması, müzakirə olunub və eyni zamanda uğurlu biznes təklifləri hazırlanmasında yaxşı təcrübələr nəzərdən keçirilib.
Təlim zamanı iştirakçılarla birgə interaktiv ünsiyyət qurulub və bütün vacib məqamlara təcrübədə baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]