Azərbaycan kuboku yarışlarında son 14 mövsümün rekordu təkrarlanıb
Bakı, 20 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunlarında 6 qol vurulub. “Qəbələ” “Səbail”i 3:2, “Turan Tovuz” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, yarımfinalın ilk oyunları üçün son 14 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə daha iki dəfə (2015-2016-cı və 2016-2017-ci) eyni sayda qol vurulub. Daha çox topun qeydə alınmasına sonuncu dəfə 2008-2009-cu il mövsümündə təsadüf olunub. Həmin vaxt ilk qarşılaşmalarda komandalar 8 dəfə fərqlənib. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0 hesabı ilə üstələyib.
Yarımfinalın ilk oyunları üçün mütləq rekord 1994-1995-ci il mövsümünə məxsusdur. Həmin matçlarda 9 qol qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]