Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Bakı, 22 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi tarix dəyişdirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Bakıda mayın 21-də başlayacaq minifutbol üzrə dünya çempionatıdır. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək.
Bununla əlaqədar olaraq, Minifutbol Federasiyası PFL-ə Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Buna müsbət rəy verən qurum həlledici matçın iyunun 1-də deyil, mayın 31-də təşkil olunması barədə qərar qəbul edib.
Qarşılaşma saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]