Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar
Bakı, 23 sentyabr, AZƏRTAC
Sinqapurda 32-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar.
Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla 5 saat vaxt verilib.
Azərbaycan məktəbliləri sözügedən olimpiadada uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 7 bürünc medal əldə edilib.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:02]
Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]