Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq reytinq sisteminə daxil edilib
Bakı, 14 iyun, AZƏRTAC
“The Times Higher Education” nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings-2023) tərtib edib. Dünya universitetlərinin fəaliyyətini BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi (SDG) üzrə ölçən bu reytinqdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) dünya universitetləri arasında 1001+ yerdə qərarlaşıb.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, reytinq sisteminə 1591 universitet daxil edilib və Azərbaycandan 7 universitet siyahıda qərarlaşıb. Siyahıya Avstraliyanın Qərbi Sidney Universiteti rəhbərlik edir.
Qeyd edək ki, “Impact Rankings” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]