Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-NATO tərəfdaşlığı - beynəlxalq hüququn aliliyinə töhfə ŞƏRH

Azərbaycan-NATO tərəfdaşlığı - beynəlxalq hüququn aliliyinə töhfə  ŞƏRH

Bakı, 18 mart, AZƏRTAC

Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Görüşdə də vurğulandığı kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Lakin ötən dövrlərdə Bakı bu tərəfdaşlıqda işğal və təcavüzə məruz qalmış subyekt qismində iştirak edir, Şimali Atlantika Alyansı ilə müzakirələrdə bu məsələ davamlı olaraq perspektivsiz müzakirə mövzusu kimi gündəliyi təşkil edirdi. Lakin 2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyinin timsalında beynəlxalq hüququn aliliyini təmin etməklə qlobal tərəfdaşlarla müzakirələrin gündəliyindən bu mövzunu çıxardı. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, NATO-Azərbaycan müzakirələrinin mövzuları sırasında artıq bu məsələ yer almır. Bu isə Azərbaycan-NATO əlaqələrində yeni dövr deməkdir. Ümumiyyətlə, bəllidir ki, yeni dövr mahiyyətcə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhəd tamlığının, separatizmə son qoyaraq bütün ərazilərdə konstitusiya quruluşunu bərqərar etməsində ehtiva olunan epoxal mərhələ deyil. Cari reallıq, həmçinin Azərbaycanın milli prioritetlərinə yeni baxışın müəyyənləşdiyi və ənənəvi gedişatdan fərqlənən inkişaf və tərəqqi yolu olmaqla bərabər, həm də bütün tərəfdaşları, o cümlədən Şimali Atlantika Alyansı ilə münasibətlərə daha geniş rakursdan baxmaq imkanı deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O qeyd edib ki, Azərbaycanın NATO ilə tərəfdaşlıq tarixinə baxsaq, Bakı bu münasibətlərə bəşəri niyyətlər və beynəlxalq hüququn aliliyinə töhfə vermək üçün uğurlu platforma kimi yanaşıb. Məhz qlobal təhlükəsizlik naminə Azərbaycan Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Cənab Stoltenberqlə görüşdə Azərbaycan rəhbərinin də ifadə etdiyi kimi, hətta 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Əlbəttə, Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır. Sülhməramlı əməliyyatlarda iştirak dövlət başçısının da ifadə etdiyi kimi, “bizim üçün böyük təcrübə olub”. Lakin, eyni zamanda, Bakı həm də bütün tərəfdaşları kimi NATO-ya da bir daha sübut etmiş oldu ki, Azərbaycan beynəlxalq hüququn normalarında əksini tapan “pacta sunt servanda” prinsipinə uyğun olaraq özünün öhdəliklərinə necə vicdanla sadiqdir. Belə bir şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıq yaratması tərəfdaşların adekvat reaksiyasını zərurətə çevirirdi. Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları, açıq təcavüzkar ritorikası fonunda, habelə Azərbaycanda prezident seçkilərindən sonra qəsdən daxildə qeyri-stabil mühit imitasiyası formalaşdıraraq bunun Avropa Parlamenti kimi bəzi riyakar subyektlərin gündəliyinə daşınması cəhdləri fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri əslində əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi.

“Bundan başqa, böyük Zəfərimizdən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyi və Avro-Atlantika mühitində hesablaşıldığını göstərdi. Hətta Baş katib bəyan etdi ki, "regionda sülh yalnız bölgə xalqları, ölkələri üçün yox, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir". Bu mövqe isə əslində Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Azərbaycan Prezidentinin daha bir qələbəsi idi.

Yens Stoltenberqin ölkəmizə səfəri çərçivəsində diqqət çəkən daha bir məqam, NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini də əhatələməyə başlamasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir”. Dövlətimizin başçısı haqlı olaraq bu situasiyanı “həm böyük üstünlük, həm də böyük məsuliyyət” kimi dəyərlənirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki, Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır. Üstəlik, Bakının enerji təhlükəsizliyindəki rolu yalnız karbohidrogen ehtiyatları ilə bağlı deyil və NATO Baş katibi ilə müzakirələrdə də ifadə olunduğu kimi, Azərbaycan enerji təminatçısı rolunu alternativ enerji layihələri vasitəsilə daha da genişləndirmək əzmindədir. Bu isə, eyni zamanda, NATO ilə Bakı arasında daha fərqli istiqamətdə - qlobal istiləşməyə qarşı mübarizədə birgəfəaliyyət imkanı açır ki, Azərbaycanın müəyyən etdiyi yaşıl prioritet, habelə COP29-a ev sahibliyi, heç şübhəsiz ki, ölkəmizin təşkilatla əlaqələrini yeni səviyyəyə yüksəldəcək”. – deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır