Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ AŞPA-DA FƏALLIQ GÖSTƏRİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası payız sessiyasının üçüncü günü Nazirlər Komitəsinin hazırkı sədri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun hesabatının dinlənilməsi ilə başlanmışdır. Sədr ötən vaxt ərzində görülmüş işlər barədə məlumat vermiş, Nazirlər Komitəsinə ünvanlanmış suallara münasibətini bildirmişdir.

Sonra latviyalı deputat Boris Çileviçin “Avropa Şurasının üzv ölkələri tərəfindən milli azlıqların hüquqlarının qorunmasına dair çərçivə konvensiyasının ratifikasiyası” adlı 10961 nömrəli sənəd üzrə hazırladığı məruzə ətrafında çıxışlar olmuşdur. Müzakirələr zamanı Azərbaycan Milli Məclisi nümayəndə heyəti xüsusi fəallıq göstərmişdir.

Deputat QƏNİRƏ PAŞAYEVA çıxışında demişdir:

- Milli azlıqların müdafiəsi və onların hüquqlarının qorunması sosial və siyasi sabitliyi saxlamaq, sosial gərginliklərin qarşısını almaq, habelə Avropada müxtəlif mədəniyyətlərin və dillərin yayılması üçün vacibdir.

Azərbaycan milli azlıqların heç bir problemlə üzləşmədiyi ölkələr sırasındadır və milli azlıqların müdafiəsinə dair çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Azərbaycanda yaşayan hər bir rus ana dilində təhsil almaq imkanına malikdir. Ölkədə rusdilli neçə-neçə mətbuat orqanı vardır. Televiziya kanallarında rus dilində verilişlərə geniş yer ayrılır. Azərbaycan parlamentində rus icmasını təmsil edən deputat da var.

Azərbaycanda yəhudi icmasının bir neçə sinaqoqu var, parlamentin İnsan hüquqları daimi komissiyası sədrinin müavini yəhudi icmasının təmsilçisidir.

Milli azlıqlarla bağlı bu siyahını bir qədər də uzatmaq olar. Ölkəmizdə milli azlıqlar və etnik qruplar bir-biriləri ilə mehriban şəraitdə yaşayırlar.

İstər məruzədəki, istərsə də çərçivə konvensiyasındakı bəzi məqamlar bizi ciddi düşünməyə vadar edir. Məruzədə göstərilmişdir ki, Avropa Şurasının üzvü olan 46 dövlətdən 36-sı Konvensiyanı ratifikasiya etmişdir. 4 ölkə Konvensiyanı imzalasa da, onu ratifikasiya etməmişdir. Daha 4 ölkə isə, ümumiyyətlə, bu sənədi imzalamamışdır. Amma 36 ölkənin siyahısına nəzər yetirilsə, onların əksəriyyətinin Konvensiyanı müəyyən şərtlərlə imzaladığı diqqəti cəlb edir. Yalnız bir neçə dövlət onu şərtsiz imzalamışdır. Bu dövlətlərin çoxu, demək olar ki, monoetnik ölkələr hesab oluna bilər. Deməli, sənəd ciddi təhlil edilməli, lazım gələrsə, Konvensiyanı təkmilləşdirmək üçün addımlar atılmalıdır.

Hər bir insanın və yaxud milli azlığın hüquqlarının qorunması və müdafiəsi çox vacib məsələdir. Bu sahədə dövlət və hökumətlə yanaşı, milli azlıqlar da müəyyən öhdəliklər daşımalıdırlar. Məsələn, vaxtilə Azərbaycan əhalisinin cəmi 2-3 faizini təşkil etmiş erməni milli azlığı üçün bu gün Avropanın müzakirə etdiyi bütün hüquqları vermişdi. Dağlıq Qarabağdakı erməni icmasının doğma dillərində orta və ali təhsil almaları üçün hər cür imkan yaranmışdı. Onların erməni dilində qəzetləri var idi. Azərbaycan televiziya və radiosunda erməni dilində verilişlər üçün yer ayrılırdı. Ermənilər yerli və mərkəzi qanunvericilik, icra və məhkəmə orqanlarında yüksək vəzifələr tuturdular. Ölkəmizin büdcəsindən bu regiona ayrılan vəsait başqa bölgələrə nisbətən çox ciddi idi. Onların Ermənistana gediş-gəlişləri üçün normal imkan yaradılmışdı. Bəs sonra nə baş verdi? Dağlıq Qarabağdakı ermənilər əvvəl tarixi yer adlarını erməni adları ilə dəyişməyə və yazmağa, respublikanın rəsmi dilinə, gerbinə va bayrağına hörmətsizlik etməyə başladılar. Ermənistanın və xaricdəki erməni lobbisinin dəstəyi və yardımı ilə silahlanan separatçı qüvvələr Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövləti yaradılması tələbi ilə yığcam yaşadıqları bölgədəki azərbaycanlıları zorla ata-baba yurdlarından çıxarmağa, məhv etməyə başladılar. Nəticədə minlərlə dinc azərbaycanlı qətlə yetirildi, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu, Ermənistan silahlı birləşmələrinin və Dağlıq Qarabağın separatçı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərində apardıqları etnik təmizləmə siyasəti barədə AŞPA-nın 1416 nömrəli qətnaməsində ətraflı qeyd olunmuşdur. Amma çox təəssüf ki, həmin vaxtlar beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün lazımi tədbirlər görməmişdir.

Bəli, milli azlıqların hüquqları qorunmalı və müdafiə olunmalıdır. Amma onlar da yaşadıqları ölkənin vətəndaşları kimi, həmin dövlətin ərazi bütövlüyünə, suverenliyinə, konstitusiyasına hörmət etməlidirlər. Bu məsələ ilə bağlı Konvensiya və qəbul edilən sənədlər elə səviyyədə təkmilləşdirilməlidir ki, terrorçular, separatçılar milli azlıq pərdəsi arxasında gizlənə bilməsinlər.

Müzakirələrdə çıxış etmiş digər deputatımız AYDIN MİRZƏZADƏ demişdir:

- Nə qədər ki, dünyada müxtəlif dillər, müxtəlif mədəniyyətlər var, onların bir-biri ilə ünsiyyəti və fəaliyyəti ilə bağlı tez-tez müzakirələr keçirilməlidir. Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada ancaq bir xalqın nümayəndəsi yaşasın.

Hər bir deputat AŞPA qarşısında hesabat verməlidir ki, onun ölkəsində milli azlıqların müdafiəsi üçün hansı işlər görülübdür. Məhz bu halda, biz məsələni hərtərəfli müzakirə edə bilərik.

Azərbaycanda milli azlıqların hüquqlarının qorunması üçün birinci, hüquqi əsas var. Ölkəmizin Konstitusiyasında bu məsələ öz əksini tapıb və onlar üçün hər cür şərait yaradılıbdır.

Azərbaycanda milli azlıqların öz mədəniyyətlərini qoruması və öz dillərində təhsil almaları üçün bütün şərait yaradılıbdır. Regionlarda yaşayan milli azlıqlar öz arzuları ilə ibtidai təhsillərini doğma dillərində almaq imkanı əldə ediblər. Milli azlıqların dilində qəzetlərin nəşr edilməsi, radio verilişlərinin səsləndirilməsi artıq adi hal almışdır.

Məsələn, deputat seçildiyim dairədə köməkçim azərbaycanlı deyil, yerli rus icmasının rəhbəridir. Bu o deməkdir ki, ölkəmizdə milli azlıqlara ayrı-seçkilik münasibəti göstərilmir.

Məndən əvvəl çıxış etmiş erməni deputatı milli azlıqlar problemlərindən bəhs edərkən Azərbaycanın adını çəkmişdir. Bu auditoriyanın tribunasından soruşmaq istəyirəm, bu gün Ermənistanın özündə milli azlıqların hüquqlarının qorunması vəziyyəti nə yerdədir? Bu gün Ermənistanın əhalisi, demək olar ki, 100 faiz ancaq ermənilərdən ibarətdir. Ermənistan monoetnik bir dövlətə çevrilibdir. Digər azlıqların orada yaşaması sanki arzu edilmir.

Vaxtilə Ermənistanda 300 min azərbaycanlı yaşayırdı. Onlar hədə-qorxu və silah gücünə doğma torpaqlarından çıxarılmışlar. Bu gün Ermənistanda başqa bir dildə təhsil almaq, başqa bir mədəniyyəti qorumaq mümkün deyildir.

Bu yaxınlarda Ermənistanın ətraf mühit və ekologiya naziri yəhudiləri açıq şəkildə təhqir etmişdir. Çox maraqlıdır ki, nə Ermənistan rəsmiləri, nə də ictimaiyyəti buna heç bir reaksiya vermədi. Çünki, bu, Ermənistanda adi hala çevrilmişdir.

Ermənistanda bir nəfər də azərbaycanlı qalmadığı halda, işğal edilmiş ərazilərdə 50 min, hətta Bakıda və ölkənin digər bölgələrində 30 min erməni yaşayır.

Sevindirici haldır ki, məruzəçi Azərbaycanda milli azlıqların hüquqlarının pozulmasına heç bir fakt ortaya qoya bilməmişdir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə başqa ölkələrə nümunə ola bilər. Amma Ermənistan bu gün Avropanın qəbul etdiyi milli azlıqlara yanaşma normalarını və bu mədəniyyəti tamamilə inkar edir.

X X X

Hər iki deputatımızın çıxışı maraqla qarşılanmışdır.

Sessiyanın sonunda digər məsələlər də müzakirə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir