AZƏRBAYCAN OPERASININ SOLİSTİ “ULDUZLAR BAYKALDA” BEYNƏLXALQ FESTİVALINDA İŞTİRAK EDİR
Festivalın beşinci günü İrkutsk Musiqili Teatrı simfonik orkestrinin ifasında Rossininin “Sevilya bərbəri” operasının uvertürası ilə başlanmışdır. Konserti planetin ən yaxşı violonçelçalanlarından biri Borislav Strulyev davam etdirmişdir.
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, elə həmin gün teatrın solisti Dinara Əliyeva çıxış etmişdir. Onun ifasında “Qaratoxmaq qadın”, “Faust” və “Bal-maskarad” operalarından məşhur ariyalar səslənmişdir. Həmyerlimizin çıxışı sürəkli alqışlarla qarşılanmışdır.
İrkutsklılar Dinara Əliyevanın ifasını festivalın bağlanışında bir daha dinləyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]