SİYASƏT
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas Milli Məclisdə işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə hər kəsi təbrik edib. Sədr təntənəli iclasda iştirak etdiklərinə görə xarici ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan parlamentinin yaranmasının 100 illiyindən bəhs edən film göstərilib.
İclas təbrik çıxışları ilə davam edir.