Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb
Bakı, 14 oktyabr, AZƏRTAC
AFFA-nın Futbol Akademiyasında “Complex Core” şirkəti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) Tədqiqat Laboratoriyası tərəfindən Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA-nın elit hakimləri üzrə baş fizioterapevti Roman Jahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “Complex Core” şirkəti tərəfindən götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilib.
Hakim və köməkçi hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb.
Xatırladaq ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik rəhbərlik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]