AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV JURNALİSTLƏRİN DOSTUDUR
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” və “Jurnalistlərin düşməni” nominasiyaları üzrə ənənəvi sorğuya yekun vurmuşdur. Anonim keçirilən sorğuda respublikanın müxtəlif kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının rəhbərləri, ekspertlər iştirak etmişlər.
Sorğunun nəticələrinə görə, “Jurnalistlərin dostu” nominasiyası üzrə birinci yer Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə verilmişdir. Beləliklə, Azərbaycan Prezidenti Heydər Əliyev jurnalistlərin dostu elan edilmişdir.