AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA ŞURASININ BAŞ KATİBİ TERRİ DEVİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Avropa Şurasının Baş katibi Terri Devisi qəbul etmişdir.
Görüşdə Bakıda Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransın əhəmiyyəti vurğulandı. Bu cür tədbirlərin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində rolu qeyd olundu.
Söhbət zamanı həmçinin Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi bildirildi. Avropa Şurasının Baş katibi Terri Devisin ölkəmizə bu səfərinin əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
######
