AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖYGÖL RAYONUNA GƏLMİŞDİR
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT
Göygöl, 25 may (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfərini başa çatdıraraq mayın 25-də Göygöl rayonuna gəlmişdir.
Son illər rayonda geniş abadlıq-quruculuq işləri aparılmışdır. 2008-ci ildə rayon üzrə əsas kapitala 34 milyon 156 min manat investisiya qoyulmuşdur ki, bunun da 32 milyon 610 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Ötən il sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 25,2 faiz artmışdır. Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və göstərilən xidmətlərin ümumi həcmi 9,9 faiz artaraq 15 milyon 580 min manat olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında salınmış parkın sahəsi 3 hektara yaxındır. Ərazinin 2 hektardan çox hissəsində yaşıllıq zolağı salınmış, müxtəlif dekorativ kollar və ağaclar əkilmişdir. Yaşıllıq zolaqlarının salınmasında milli ornamentlərdən istifadə olunmuşdur.
Rayon sakinlərinin ən sevimli istirahət guşələrindən biri olan parkda müxtəlif ölçülərdə 4 fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |



