AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTAN ALİ MƏHKƏMƏSİNİN SƏDRİ KONSTANTİN KUBLAŞVİLİNİ QƏBUL ETMİŞDİR
Bakı, 12 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvilini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə sistemi sahəsində də inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
######
