AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALBANİYANIN BAŞ NAZİRİ SALİ BERİŞA İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də İstanbulun Çırağan sarayında Albaniyanın Baş naziri Sali Berişa ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün potensialın olduğu və əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik vurğulandı.