Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli xanımlar və cənablar,

əziz dostlar,

əziz səhiyyə işçiləri!

Mən bu gün hamınızı ürəkdən salamlayıram və gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Bu gün doğrudan da, çox əlamətdar bir gündür. Biz bu gün son illər ərzində Azərbaycanda səhiyyə sahəsində əldə olunmuş ən böyük uğurlardan birini qeyd edirik. Akademik Zərifə Əliyevanın adını daşıyan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun açılışına toplaşmışıq və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.

Bu gözəl, müasir səhiyyə müəssisəsi Azərbaycan xalqına xidmət edəcək və əminəm ki, burada bütün işlər ən yüksək səviyyədə qurulacaqdır. Bu institutun tikintisinin, tarixi çox maraqlıdır. Hələ 1985-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakıda yeni, böyük göz xəstəlikləri institutunun binasının tikintisi haqqında göstəriş verilmişdir. Ondan sonra, haradasa bir neçə ildən sonra tikinti başlamışdır. Ancaq 1990-cı illərin əvvəllərində demək olar ki, tikinti dayanmışdı. Bütövlükdə, o illər Azərbaycanda böyük tənəzzüllər müşahidə olunmuşdur. Azərbaycanın həm iqtisadi imkanları çox məhdud idi, eyni zamanda, maliyyə vəziyyətimiz də çox ağır idi. Bütövlükdə, 1990-cı illərin əvvəlləri Azərbaycan xalqı üçün böyük bir sınaq idi və hər bir sahədə olduğu kimi, bütün tikintilər, o cümlədən bu institutun tikintisi də dayanmışdı.

Ancaq ulu öndərin Azərbaycana qayıdışından sonra burada yenidən canlanma başladı, yeni təkliflər irəli sürüldü, ilkin layihə daha da təkmilləşdirildi və müəyyən müddətdən sonra institutun tikintisinin davam etdirilməsi üçün lazımi tədbirlər də görülməyə başlamışdır. Düzdür, bildiyiniz kimi, ilk mərhələdə, o illərdə bizim maddi imkanlarımız yox idi. İlk mərhələdə xarici kreditlər haqqında təkliflər irəli sürülmüşdür. Ancaq əfsuslar olsun ki, o illərdə Azərbaycana kredit vermək istəyən təşkilatlar tapılmırdı.

Beləliklə, ölkəmiz üçün, insanların sağlamlığı üçün bu vacib tibb ocağının tikintisi yalnız 2004-cü ildə yenidən başlamışdır. Azərbaycan dövləti bu məqsədlər üçün, bu böyük tikinti üçün vəsait ayırmışdır, şirkət müəyyən edilmişdir və deyə bilərəm ki, Azərbaycanda qısa müddət ərzində yeni, gözəl, ən yüksək dünya standartlarına cavab verən tibb ocağı yaradılmışdır. Məndə olan məlumata görə, bu bölgədə və keçmiş sovet məkanında buna bənzər göz xəstəlikləri institutu tikilməmişdir. Binanın 40 min kvadratmetrdən çox sahəsi var və burada ən müasir avadanlıq quraşdırılmışdır. Bu gün mən institutla tanış olarkən bunu öz gözümlə gördüm. İstənilən əməliyyatı burada aparmaq mümkündür.

Əvvəllər bəzi xəstələr müalicə almaq üçün, əməliyyat olunmaq üçün xaricə üz tutmalı olmuşlar. Amma bu gün bu gözəl mərkəzdə, deyə bilərəm ki, oftalmoloji mərkəzində istənilən əməliyyatı aparmaq mümkündür. Bu bizim böyük nailiyyətimizdir. Böyük uğurumuzdur.

Bu mərkəz akademik Zərifə Əliyevanın adını daşıyır. Zərifə Əliyeva həm çox istedadlı, bilikli alim idi, eyni zamanda, çox peşəkar və qayğıkeş həkim idi. Onun tərəfindən çoxsaylı monoqrafiyalar, elmi işlər yazılmışdır. Onun elmi fəaliyyəti o vaxt sovet məkanında yüksək səviyyədə qiymətləndirilmişdir. Oftalmologiya sahəsində ən yüksək mükafat - M.İ.Averbax adına mükafat akademik Zərifə Əliyevaya verilmişdir. Onun həkim-tədqiqatçı kimi də çoxşaxəli fəaliyyəti var idi. 1970-80-ci illərdə onun təşəbbüsü ilə bir neçə sənaye müəssisəsində elmi tədqiqat laboratoriyaları qurulmuşdu. O laboratoriyaların əsas məqsədi zərərli istehsalın insanların görmə qabiliyyətinə mənfi təsirinin öyrənilməsindən ibarət idi və adi insanlar, fəhlələr o kiçik mərkəzlərdə tibbi yardım alırdılar. Minlərlə insan Zərifə Əliyevanın fəaliyyəti nəticəsində görmə qabiliyyətini bərpa edə bilmişdi və eyni zamanda o, bizim qəlbimizdə, yaddaşımızda undulmaz insan kimi, gözəl insan və çox xeyirxah həkim kimi qalmışdır.

Bu gün onun adını daşıyan bu gözəl mərkəzdə, bir daha demək istəyirəm ki, ən çətin əməliyyatların aparılması üçün bütün şərait var. Həm elmi fəaliyyətlə məşğul olmaq üçün imkan var, burada, eyni zamanda, kafedra da, uşaq bölməsi də yerləşir. Yəni bu institut, sözün əsl mənasında, region üçün əvəzolunmaz tibb müəssisəsidir. Mən istisna etmirəm ki, xarici ölkələrdən də buraya müalicə almaq üçün insanlar gələcəkdir.

Ümumiyyətlə, son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşməsi işində çox böyük addımlar atılmışdır, böyük işlər görülmüşdür, müvafiq qərarlar verilmişdir. Azərbaycanda son illər ərzində artıq istifadəyə verilmiş və inşa edilən səhiyyə müəssisələri bizim tələbatımızı demək olar ki, tam ödəyəcəkdir.

Bizdə indi Tibb Universitetinin terapevtik və cərrahiyyə korpusları tikilir. Hər ikisi özlüyündə böyük xəstəxanadır. Orada ən müasir səviyyədə tikinti işləri gedir. Eyni zamanda, Milli Onkoloji Mərkəzin tikintisi uğurla davam edir və həmçinin onun nəzdində Uşaq Onkologiya Mərkəzi tikilir. Azərbaycanda belə bir mərkəz heç vaxt olmamışdır. Əminəm ki, orada da tikinti ən yüksək səviyyədə aparılacaqdır. Böyrəkköçürmə Mərkəzinin tikintisi uğurla gedir. O mərkəz də nəinki Azərbaycan üçün, bütün bölgə üçün ən qabaqcıl mərkəz olacaqdır. Bu yaxınlarda Talassemiya Mərkəzinin açılışını qeyd etdik və insanlarımız üçün xas olan bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyəti də yaxşılaşdırılacaqdır. Eyni zamanda, o mərkəzin əsasında gələcəkdə böyük qan mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Bunu etmək üçün bütün imkanlar var.

Bu yaxınlarda hərbi hospitalın, Daxili İşlər Nazirliyinin hospitalının, Gömrük Komitəsinin hospitalının istifadəyə verilməsi - bütün bu addımlar da ümumi işimizə bir töhfədir. Yəni, Azərbaycanda çox böyük, müasir, ən yüksək standartlara cavab verən mərkəzlər tikilir və Azərbaycan vətəndaşları bu imkanlardan istifadə edirlər.

Bölgələrdə bu istiqamətdə vacib addımlar atılır. Artıq hər bir bölgədə müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyət göstərir, onların sayı artmaqdadır. Eyni zamanda, bölgələrdə əvvəllər tikilmiş xəstəxanalar bərpa edilir və artıq elə etməliyik ki, Azərbaycanın hər bir yerində ən yüksək tibbi xidmət almaq üçün imkan olsun. Biz bunun praktiki nəticələrini də görürük. Artıq bölgələrdə ən ağır əməliyyatlar aparılır. Açıq ürək üzərində əməliyyatlar artıq Azərbaycanda bir ənənəyə çevrilmişdir, halbuki bir müddət bundan əvvəl heç Bakıda da belə əməliyyatların aparılması qeyri-mümkün idi.

Səhiyyə sisteminin səmərəli fəaliyyəti üçün keçən il təcili tibb yardımı üçün ən müasir avtomobillər alınıbdır. Onlar demək olar ki, şəhərimizin bütün rayonlarını əhatə edir və növbəti mərhələdə başqa şəhərlərə də bu maşınlardan göndəriləcəkdir. Bu maşınlar ən müasir avadanlıqla təchiz edilib, onların bir neçəsi reanimobil funksiyasını daşıyır. Onlarda ən müasir rabitə sistemi quraşdırılıbdır.

Qeyd etməliyik ki, bu yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı cinayətin qurbanları olan yaralı insanları məhz atılan bu addımların nəticəsində xilas etmək mümkün olmuşdur. Bu, böyük bir nailiyyətdir. Mən bütün tibb işçilərini bu böyük nailiyyət münasibətilə təbrik edirəm, onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki o qanlı hadisə nəticəsində yaralananların vəziyyəti çox ağır idi. Onların tam əksəriyyəti çox ağır yaralı idilər və onların sağalma perspektivi də çox qeyri-müəyyən idi. Amma onların hamısı xilas edildi. Bu, bir də onu göstərir ki, Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar öz bəhrəsini verir. Əgər o yeni təcili tibbi yardım maşınları olmasaydı və həkimlər dərhal hadisə yerinə gəlməsəydilər, əminəm ki, yaralı insanları xilas etmək bəlkə də mümkün olmazdı. Eyni zamanda, o hadisə ilə əlaqədar mən Daxili İşlər Nazirliyinin fəaliyyətini qeyd etməliyəm. Dərhal hadisə yerinə gəlmiş xüsusi təyinatlı qüvvələrin müdaxiləsi cinayətin daha böyük miqyas almasının qarşısını alıbdır. Əgər onlar vaxtında gəlməsəydilər, qurbanların sayı daha çox ola bilərdi.

Yəni, bu hadisələr onu göstərir ki, Azərbaycanda bütün sahələrdə işlər ən müasir səviyyədə qurulub, dünya standartlarına cavab verir və bizim istəyimiz məhz bundan ibarətdir. Bu, nəinki istəkdir, biz bunu gündəlik həyatda görürük. Abadlaşan şəhərlər, gözəlləşən binalar, infrastruktur layihələri, insanların rahatlığı üçün, onların təhlükəsizliyi üçün atılmış addımlar, görülmüş tədbirlər Azərbaycanı müasir dövlətə çevirir.

Bizim çox güclü sosial siyasətimiz var. Baxmayaraq ki, 2009-cu il dünya miqyasında böhranlı il kimi tarixdə qalacaq, biz bütün sosial proqramları icra edirik. Heç bir sosial proqramda heç bir məhdudiyyət yoxdur. Qəbul edilmiş bütün qərarlar icra edilir. Azərbaycanda məktəb tikintisi, səhiyyə ocaqlarının tikintisi davam etdirilir.

İnsanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün böyük infrastruktur layihələri icra edilir. Sosial siyasət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Çünki biz insanlar üçün yaşayırıq və insanlara xidmət edirik. Ancaq o da həqiqətdir ki, sosial proqramların icrası üçün güclü iqtisadiyyat lazımdır. Biz bu güclü iqtisadiyyatı yaratmışıq və Azərbaycanın iqtisadi nailiyyətləri bu ilin birinci rübündə də özünü göstərir. Bütün dünyada iqtisadi artım ya sıfır dərəcəsində, ya da ki, aşağı düşübdür. Azərbaycanda isə iqtisadi artım müşahidə olunur və bizim iqtisadiyyat yüksək templərlə artır.

Azərbaycan xalqı çox yaxşı görür və bilir ki, dünyanı bürümüş maliyyə və iqtisadi böhran Azərbaycana minimum təsir göstərmişdir. Bunun əsas səbəbi vaxtında aparılan iqtisadi islahatlar, sosial islahatlar, sosial məsələlərin həlli və ölkə iqtisadiyyatının hərtərəfli inkişafıdır.

Biz indi belə gözəl elmi və tibbi mərkəzlərin tikintisi ilə məşğuluq. Biz dövlət tərəfindən investisiya layihələrini nəinki məhdudlaşdırmırıq, əksinə onların sayını da artırırıq və ayrılan vəsaiti də artırırıq. Çünki bu bizim ölkəmiz üçün lazımdır, bizim xalqımız üçün lazımdır.

Mən bu gün bütün tibb işçilərinə, səhiyyə sistemində fəaliyyət göstərən bütün insanlara öz hörmətimi bildirmək istəyirəm. Siz böyük və nəcib işlə məşğulsunuz, insanların sağlamlığının bərpası, sağlamlığının qaytarılması ilə məşğulsunuz. Siz minlərlə, on minlərlə insana yeni həyat vermisiniz, yeni imkanlar açmısınız. Biz - Azərbaycan dövləti və Azərbaycan hökuməti elə etməliyik ki, həkimlərin sosial məsələləri də həll olunsun. Həkimlərin həm maaşları daha da çox qaldırılsın, - bu istiqamətdə lazımi tədbirlər görülür, - həm də iş şəraiti yaxşılaşsın. Bu gözəl tibb mərkəzləri təkcə xəstələrə xidmət etmir, eyni zamanda, burada həkimlərin iş şəraiti də çox yüksək səviyyədədir. Bu da Azərbaycan dövlətinin siyasətidir. Hər bir yerdə iş şəraiti yaxşı olmalıdır, bizim insanlarımız ən müasir şəraitdə işləməlidir və yaşamalıdır.

Mən bu gözəl hadisə münasibətilə, gözəl oftalmoloji mərkəzin açılışı münasibətilə bir daha sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm. Sizə gələcək işinizdə uğurlar azrulayıram. Sağ olun.

                                                                   X X X

Sonda dövlətimizin başçısı institutun səyyar klinikasında yaradılan şəraitlə də tanış oldu. Qeyd olundu ki, səyyar klinika istənilən yerdə müayinə və müalicənin aparılmasına, hətta cərrahiyyə əməliyyatlarının həyata keçirilməsinə imkan verir. Artıq Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun kollektivi səyyar klinika vasitəsilə bölgələrdə ənənəvi uğurlu əməliyyatlar aparırlar.

Bütün bunlar sübut edir ki, Azərbaycanda səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər davamlı xarakter almışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb