AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
YELİSEY SARAYINDA QARŞILANMA
Sarayda Azərbaycanın və Fransanın dövlət bayraqları asılmışdı. Prezident İlham Əliyevin gəlişi şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Yelisey sarayının həyətində dövlətimizin başçısının təntənəli qarşılanma mərasimi oldu.
Yelisey sarayının qarşısında respublika qvardiyasının komandanı Azərbaycanın dövlət başçısını salamladı. Azərbaycan Prezidenti İlham Əliyev hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Respublikasının Prezidenti Jak Şirak hörmət və ehtiram əlaməti olaraq, Azərbaycan Prezidenti İlham Əliyevi sarayın pilləkənləri yanında böyük səmimiyyət və məhəbbətlə qarşıladı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:12]
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO
- 28.09.2026 [10:58]