AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏDƏBƏY RAYONUNA SƏFƏRİ
ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
Gədəbəy, 26 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Gədəbəy rayonuna gəlmişdir.
Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Gədəbəy rayonunun da timsalında görmək mümkündür. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Gədəbəy rayonunun inkişafında mühüm rol oynamışdır. Ötən il rayonda 7 min 200 yeni iş yeri yaradılmışdır. 2008-ci ildə rayonda ümumi daxili məhsulun həcmi 11 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyalar təxminən 2 dəfə artmışdır. Rayonda infrastrukturun, təhsil, idman və səhiyyənin inkişafına da xüsusi diqqət göstərilir. Son 5 ildə rayondakı 86 məktəbdən 76-da əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bunların bir çoxu Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir.
Prezident İlham Əliyev əvvəlcə rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısı “Heydər parkı”nda aparılmış yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri ilə tanış oldu.
Prezident İlham Əliyevə parkda görülən işlər barədə məlumat verildi.
######
![]() |
![]() |
![]() |
![]() |



