AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNANIN BAŞ NAZİRİ VİKTOR YANUKOVİÇLƏ GÖRÜŞÜ
Dövlətimizin başçısı Ukraynanın faşist işğalçılarından azad edilməsinin 60 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Azərbaycan nümayəndə heyətinin tərkibində İkinci Dünya müharibəsi veteranlarının da olduğunu vurğulayaraq, bu tədbirlərdə iştirak imkanından məmnunluğunu bildirdi.
Ukraynanın Baş naziri Viktor Yanukoviç ölkəmizin nümayəndə heyətinin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirlərdə iştirakını yüksək qiymətləndirdi və bundan razılığını vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında, Ukrayna-Azərbaycan əlaqələrinin perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Bildirildi ki, Ukrayna ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial vardır.