AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYA KRALI II ABDULLAHIN GÖRÜŞÜ
Əmman, 12 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 12-də Al Hummar sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın İordaniya Kralı II Abdullah və xanımı Raniyə ilə birgə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini qeyd etdilər. Prezident İlham Əliyevin İordaniyaya növbəti rəsmi səfərinin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyi bildirildi.
Prezident İlham Əliyev və Kral II Abdullah ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etdilər.
######
![]() |
![]() |

