Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də İranın paytaxtı Tehran şəhərində Dialoq Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.
İran Prezidenti Məsud Pezeşkianın və 53 ölkədən nümayəndələrin iştirakı ilə açılışı keçirilən Dialoq Forumunda müxtəlif ölkələrin rəsmilərinin, o cümlədən nazirlərin, beyin mərkəzləri rəhbərlərinin və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.
Forum mayın 19-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [13:30]
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
- 13.06.2025 [12:26]
Azərbaycan XİN İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib
- 13.06.2025 [12:11]
Milli Məclisin deputatları TÜRKPA-nın 14-cü plenar iclasında çıxış ediblər
- 13.06.2025 [11:49]