Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Azərbaycan Qafqazda sülhün və inkişafın təminatçısıdır

Bakı, 24 sentyabr, AZƏRTAC

Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir möhtəşəm qələbəyə imza atdı. Lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi 1 gün ərzində torpaqlarımızda məskunlaşmış erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan Ermənistana və bütün dünyaya göstərdi ki, ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn istənilən təxribata ən yüksək səviyyədə və layiqli cavab vermək gücündədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətini mühüm tarixi çıxış adlandıran E.Bağırov qeyd edib ki, dövlət başçısının antiterror tədbirlərini labüd edən durum, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren hüquqlarını bərpa etmək haqqı ilə bağlı ətraflı təhlili ölkə ictimaiyyəti ilə yanaşı dünya birliyinə də yönəlmiş mesaj idi.

Xatırladaq ki, 10 noyabr razılaşmasının əksinə olaraq son üç il ərzində bölgədə hərbi təxribatlarını dayandırmayan erməni separatçılarının terror aktları nəticəsində xeyli sayda mülkü vətəndaşlarımız və hərbçilərimiz həlak olmuş, yaralanmışdır. Tək bir faktı nəzərə çatdırmaq kifayətdir ki, Vətən müharibəsi başa çatandan sonra bu günə qədər artıq 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Bununla bağlı dəfələrlə qarşı tərəfə xəbərdalıqlar edilsə də bunu nəzərə almamış, əksinə, Zəfər savaşında üzləşdikləri ağır məğlubiyyəti unudaraq yenidən status və digər xam xəyallarını diplomatik müzakirə müstəvisinə daşımağa çalışmışlar. Bütün bu cəhdlər ölkəmizin böyük beynəlxalq nüfuzu sayəsində iflasa uğradı. Nəhayət 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla Azərbaycanın 6 vətəndaşı mina terrorunun qurbanı olması böyük ictimai qəzəb yaratdı və dövlətimizi qəti addımlar atmağa vadar etdi. Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan və onun işğalçı ordusu yenidən ən böyük məğlubiyyətin acısını yaşadı. Azərbaycan əsgəri yüksək hərbi peşəkarlıqla düşmənə layiqli cavab vermək gücünü göstərdi. Müzəffər Ali Baş Komandanın “Unutmasınlar ki, dəmir yumruq yerindədir” mesajı öz gerçək təsdiqini tapdı. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi qısa müddət ərzində məhv edildi. Dövlətimiz tərəfindən antiterror tədbirlərinin uğurlu gedişatı düşmən Ermənistan və və onun himayəsi altında fəaliyyət göstərən cinayətkar xunta rejimini sarstdı. Ordumuzun cəmi bir gün ərzində apardığı döyüşlər qanunsuz silahlı birləşmələrin ölkəmizin diktə etdiyi şərtləri qəbul etməyə məcbur etdi. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Ordumuz mənfur düşmən ordusu ilə döyüşdü, mərdi-mərdanə mübarizə apardı, mülki əhaliyə toxunmadı. Böyük Zəfərlə başa çatan Vətən müharibəsində mənfur düşmən döyüş meydanında məğlub olduğunu görən kimi erməni xisləti ilə dinc, yaşayış məntəqələrimizi raket atəşinə tutdu, günahsız insanları hədəfə aldı. Antiterror tədbirləri yalnız hərbi üstünlük göstəricisi deyildi, bunun sayəsində bölgəmizdə yeni geopolitik vəziyyət yaranmış oldu. On illiklər ərzində qondarma xunta rejiminin bölgədə yaratdığı gərginlik mənbəyi nəhv edildi. Artıq həm də Qarabağda yaşayan erməni əhalisi də rahat nəfəs ala, sivil ölkədə təhlükəsiz həyat yaşaya bilərlər. Azərbaycan bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq heç vaxt erməni xalqını bu cinayətlərdə günahlandırmayıb. Prezident İlham Əliyev dövlətimizin mövqeyini ifadə edərək dəfələrlə bəyan edib ki, Qarabağın erməni əhalisi Azərbaycanın vətəndaşlığını qəbul edəcəyi halda onlar üçün də sosial himayə göstəriləcək. Azərbaycan ordusunun yenidən gücünü öz üzərində hiss edən erməni separatizmi artıq məğlubiyyəti qəbul edib. Gələcək birgəyaşayışın təməli kimi Yevlax şəhərində Qarabağın erməni icmasının nümayəndələri ilə keçirilən görüş Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini bir daha ortaya qoydu. Artıq ermənilərin sağlam təfəkkürə malik kəsimi də dərk edir ki, çoxmillətli, çox konfessiyalı dövlət olan Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik heç vaxt olmayıb. Qarabağda yaşayacaq ermənilərin də təhsil, mədəniyyət, din, seçki hüquqları təmin ediləcək.

Siyasi şərhçi Emin Bağırov sonda bildirib ki, regionda yaranmış yeni geopolitik vəziyyət Azərbaycanın mövqelərini tam gücləndirməklə yanaşı, bölgədə sülhün və inkişafın da təminatçısının Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasi kurs olduğunu təsdiqlədi. Bugünkü qüdrətli Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı bütün Qafqazda sabitliyin qarantı rolunda çıxış edir. Azərbaycan lideri dünya siyasi düzənində bu qarantın ən etibarlı qoruyucusudur!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib