Azərbaycan-Qana münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Bakı, 2 may, AZƏRTAC
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qananın xarici işlər və regional inteqrasiya naziri xanım Şirley Ayorkor Boçvey ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə yenidən olmasından məmnunluğunu bildirən qanalı nazir Forumun yüksək səviyyədə təşkilini xüsusilə qeyd edib.
Nazirlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. İnsanlararası təmasların daha da artırılması məqsədilə qanalı tələbələrin Azərbaycanda təhsil imkanları müzakirə olunub.
Görüşdə Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığı məsələləri də nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]